XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Azərbaycan çempionatında ilk yarış gününə yekun vuruldu 
İdman 22:48 / 11.12.2025

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb.

Bakı Su İdmanı Sarayında keçirilən yarışda ölkənin müxtəlif şəhər və klublarını təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üslublar üzrə mübarizə aparıblar.

Yarış həm fərdi, həm də estafet şəklində keçirilir. İlk gündə qeydə alınan nəticələri təqdim edirik:

Qadınlar

Qarışıq üsulla 400 metr – Sofiya Hacıyeva (qızıl), Sofiya Medvedyeva (gümüş)

Sərbəst üsulla 800 metr – Məryəm Cavadova (qızıl , Aleksandra Slepenko (gümüş), Leyla Abduləzizova (bürünc)

Sərbəst üsulla 1500 metr – Vlastilina Xasyanova (qızıl), Aleksandra Slepenko (gümüş), Dəniz Topçubaşova (bürünc)

Oğlanlar

Qarışıq üsulla 400 metr – Oqtay Hüseynov (qızıl ), Fərhad Şirməmmədli (gümüş), Timur Nikiforov (bürünc)

Sərbəst üsulla 800 metr – Süleyman İsmayılzadə (qızıl), Yeqor Maynitski (gümüş), Fərhad Şirməmmədli (bürünc)

Sərbəst üsulla 1500 metr – Süleyman İsmayılzadə (qızıl), Amin Oruclu (gümüş medal), Teyyub Həsənov (bürünc)

Mübarizələrin ardından mükafatlandırma mərasimi keçirilib. İdmançılara mükafatları ASF-nin baş katibi Oqtay Atayev, idman direktoru Pyer Lefonten, müşavir Rəşad Əbdürəhmanov, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Luka Qabrillo, çempionatın baş katibi Rəşad Əliyev və Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov təqdim ediblər.


3192 oxunub

InvestAZ