XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



3 boksçumuz dünya çempionatının yarımfinalında
İdman 10:59 / 11.12.2025

Azərbaycanın 3 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com saytına verilən məlumata görə, Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub.

Avropa çempionu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionu Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). İkiqat Olimpiya mükafatçımıznövbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.


4655 oxunub

InvestAZ