XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Astarada "Səyyar sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib
İdman 10:07 / 09.12.2025
Astaranın Dənizkənarı Park Bulvar Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Səyyar sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib. Tədbir rayon sakinləri tərəfindən maraqla qarşılanıb. Kompleksdə səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman həvəskarları müxtəlif idman növləri üzrə, qaçış, turnikdə dartınma, qolların açılıb bükülməsi, tibbi topu atmaq, yerindən təkanla tullanmaq və s idman normativlərini yerinə yetiriblər. 
6 nəfər 65 yaşlı rayon sakinin də qatıldığı tədbirin yekununda  iştirakçılara sertifikatlar təqdim olunub.
 

4340 oxunub

InvestAZ