XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Milli Paralimpiya Komitəsi Daşkənddə beynəlxalq festivalda təmsil olunub
İdman 15:34 / 30.11.2025
Noyabrın 28-29-da Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistanın Gənclər Agentliyi, Könüllülər Assosiasiyası, Özbəkistan Respublikası Prezidenti yanında Milli Himayə Agentliyi və Özbəkistan Paralimpiya Komitəsinin təşkilatçılığı ilə "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalı keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin iştirak etdiyi tədbirdə dövlət rəsmiləri, idman komitələri və federasiyalarının rəhbərləri, həmçinin, MDB ölkələrinin könüllü agentliklərindən nümayəndələr iştirak ediblər.
Tədbirdə MPK-nı baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Hər il ənənəvi olaraq keçirilən festivalın budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.


5565 oxunub

InvestAZ