XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Misli Premyer Liqası: "Araz-Naxçıvan"dan minimal hesablı qələbə
İdman 18:22 / 08.11.2025
"Araz-Naxçıvan" klubu Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Karvan-Yevlax"la qarşılaşan Naxçlvan təmsilçisi matçda 2:1 hesablı qələbəyə sevinib. Oyunda hesab 16-cı dəqiqədə açılıb. "Karvan-Yevlax" klubunun futbolçusu Araz Abdullayev fərqlənib. Lakin matçın ikinci hissəsində Naxçıvan klubu geridönüş etməyi bacarıb. Əvvəlcə oyunun 65-ci dəqiqəsində Hamidu Keyta, 90+2-ci dəqiqədə isə Felipe Santos penaltidən fərqlənərək "Araz-Naxçıvan"a qələbə qazandırıb.

Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Araz-Naxçıvan" 5-ci, "Karvan-Yevlax" isə 5 xalla 11-cidir.


5773 oxunub

InvestAZ