XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Stolüstü tennis üzrə komandamız İslamiadaya qələbə ilə başladı
İdman 17:36 / 08.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarına bu gün start verilib. 
Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan millisi də Oyunların ilk günündə komanda yarışlarında mübarizəyə başlayıb. Uqanda millisi ilə qarşılaşan Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komandamız rəqibini 8:2 hesabı ilə məğlub edib. Millimiz növbəti oyununu sabah Pakistan yığmasına qarşı keçirəcək.

6423 oxunub

InvestAZ