XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Cüdoçularımız İslamiadada mübarizəyə başlayırlar
İdman 09:56 / 08.11.2025
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarına start veriləcək. 
Olimpiyadunyasi.com xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsi üzrə 6 idmançımız tatami üzərinə çıxacaq. Kişilərin yarışında 66 kq çəki dərəcəsində Ruslan Paşayev mübarizə aparacaq. Təmsilçimiz 1/4 finalda Yerjan Yerenkayıpov (Qazaxıstan) - İsmael Alhassane (Niger) cütünün qalibi ilə üz-üzə gələcək. 
Olimpiya mükafatçısı Hidayət Heydərov (-73 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq. O, ilk qarşılaşmada Cibuti idmançısı Aden-Aleksandr Husseyn ilə üz-üzə gələcək. 
Qadınların yarışında Könül Əliyeva (-48 kq) 1/4 finalda Axliya Muminova (Tacikistan) ilə qarşılaşacaq. 
52 kq çəki dərəcəsində isə iki təmsilçimiz tatami üzərinə çıxacaq. 
Təmsilçilərimizdən Gültac Məmmədəliyeva 1/8 finalda türkiyəli  Buketnur Karabulutla, Aydan Vəliyeva isə 1/4 finalda Madina Qurbonzoda (Tacikistan) - Sintya Badru (Mozambik) cütünün qalibi ilə üz-üzə gələcək. 
-57 kq dərəcəsində ölkəmizi Fidan Əlizadə təmsil edəcək. Gənclər arasında Avropa cempionumuz 1/4 finalda Dina Muxanbet (Qazaxıstan) / Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə qarşılaşacaq. 
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 32 ölkədən 147 cüdoçu mübarizə aparır. 
Yarışın təsnifat mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 12:00-dan, final blokuna isə 18:00-da start veriləcək. 


5668 oxunub

InvestAZ