XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Azərbaycan nümayəndə heyəti VI İslam Həmrəyliyi Oyunlarında paraddan birinci keçib
İdman 21:58 / 07.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi davam edir.

 

Əl-Cənadriyah Hipodromunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.

 

Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib.

 

Paradda üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparıb.

 

Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 169 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

 

Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.


6107 oxunub

InvestAZ