XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



"Zəfər turu"nun açılış oyununda "Samaxı" qələbə qazandı 
İdman 15:15 / 07.11.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında XI turun oyunlarına start verilib.

"Zəfər turu"nun açılış oyununda "Şamaxı" və "İmişli" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən oyunun start fiti saat 13:44-də səslənib. Qonşu pillələrdə qərarlaşan komandaların mübarizəsində meydan sahibləriminimal hesablı qələbə qazanıb -1:0.Matçda vurulan yeganə qolun müəllifi "Şamaxı"nın futbolçusu Karim Rossi olub.

Bu qələbə sayəsində xallarınən sayını 13-ə çatdıran "Şamaxı" klubu 8-ci pilləyə yüksəlib. "İmişli" klubu isə 12 xalla doqquzuncudur.

Qeyd edək ki, günün ikinci oyunu saat 16:44-də "Qəbələ" və "Sumqayıt" komandaları arasında olacaq.


6228 oxunub

InvestAZ