XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Azərbaycan komandasının VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindəki bayraqdarları müəyyənləşdi 
İdman 13:30 / 07.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar.

Dadaş Dadaşbəyli (109 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında üç qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda üç gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə bir gümüş medal qazanıb.

Voleybolçu Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.

Qeyd edək ki, noyabrın 21-dək davam edəcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 20 idman növündə 169 idmançı ilə təmsil olunur.

6487 oxunub

InvestAZ