XƏBƏR LENTİ
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025



Avropa Kuboku 4 medalla yadda qaldı
İdman 23:33 / 11.05.2025

Mayın 10-11-də Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçirilib. 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunub. Cüdoçularımız yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı Nazir Talıbov (-81 kq) qazandırıb. Millimizin digər üzvlərindən Babarəhim Mirzəyev (-60 kq) və Məhərrəm İmamverdiyev (-81 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) isə bürünc medala yiyələnib.

Komandamızın bu nəticə ilə ümumi komanda hesabında dördüncü, kişilərin mübarizəsində isə ikinci yeri tutub.


3024 oxunub

InvestAZ