XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Rayon birinciliyinin qalibləri mükafatlandırıldı
İdman 15:10 / 18.03.2025

Beyləqanda voleybol üzrə məktəblilərin rayon birinciliyinin final görüşü keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul RVK-nın, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində keçirilən oyunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elçin Qiyasov və digər qonaqlar canlı izləyiblər.

Qarşılaşmanın sonunda qaliblərə kubok və medallar təqdim olunub.

Daha sonra Ş.Bağırov yarış iştirakçıları ilə görüşüb. AVF prezidenti mükafatçıları təbrik edib, ölkədə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.


5486 oxunub

InvestAZ