XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Karateçilərimiz Avropa çempionatında 3 medal qazandılar
İdman 21:16 / 09.02.2025

Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında (WKF / idman karatesi) 3 medal qazanıb.

Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.

Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib.


6660 oxunub

InvestAZ