XƏBƏR LENTİ
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



“Araz-Naxçıvan”ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib
İdman 12:25 / 05.01.2026

"Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Klubdan verilən məlumata görə, baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi "Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə "Jenis” (Qazaxıstan), "Liepaya” (Latviya), "Lokomotiv” (Tbilisi, Gürcüstan) və "Episkopi” (Yunanıstan) klublarında da işləyib.

Baş məşqçinin digər köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.


3624 oxunub

InvestAZ