XƏBƏR LENTİ
22 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025



BOK tibb və elmi şöbəsini yenidən quracaq
İdman 19:34 / 12.01.2025

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ötən həftə tibb və elmi şöbəsini yenidən quracağı barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, dekabr ayında təqaüdə çıxan Səhiyyə, Tibb və Elm şöbəsinin rəhbəri Riçatd Budgettini bu vəzifədə avarçəkmə üzrə kanadalı dünya çempionu Ceyn Tornton əvəz edəcək.

Şöbəyə həmçinin ötən həftə voleybol üzrə Norveç milli komandasının keçmiş üzvü, məşqçi və idman tibbi üzrə professoru Roald Bahrı sənaye məsləhətçisi kimi heyətə cəlb edib. O, təqaüdə çıxmış Lars Engebretsenin işini davam etdirəcək.

Məlumat üçün bildirək ki, BOK-un tibb və elm şöbəsinin əsas missiyası idmançıların sağlamlığını qorumaq və təbliğ etməkdən ibarətdir.

Şöbənin yeni fəaliyyətində idmançılara və Olimpiya Hərəkatına təsir edən əsas sağlamlıq məsələləri, o cümlədən zədə və xəstəliklərin qarşısının alınması, təmiz idman, mühafizə, psixi sağlamlıq, ömür boyu davam edən fiziki fəaliyyətin sağlamlığa faydasının təbliği məsələləri diqqət mərkəzində olacaq.


11891 oxunub

InvestAZ