XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



"Toyota" rəhbəri verdiyi qərarla bağlı açıqlama verib
TV 12:02 / 09.10.2024

"Toyota" avtomobil korporasiyasının prezidenti Akio Toyoda şirkətin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əməkdaşlığa son qoyması barəsində açıqlama verib.

"Mən bir müddətdir ki, Olimpiya Oyunları zamanı idmançılara qarşı münasibətə diqqət yetirirəm. Oyunlar getdikcə siyasiləşir. Mənim üçün olimpiada sadəcə olaraq milli mənsubiyyətindən və sosial mənşəyindən asılı olmayaraq idmançıların çıxışı üçün bir fürsətdir”, - deyə "Japan Times” qəzeti Toyodadan sitat gətirib.

Məlumat üçün bidirək ki, "Toyota" şirkəti 2015-ci ildə BOK ilə 10 illik sponsorluq müqaviləsi bağlayıb. Şirkət Paris-2024 Yay Olimpiya Oyunları başa çatdıqdan sonra müqaviləyə xitam verildiyini elan edib.


28694 oxunub

InvestAZ