XƏBƏR LENTİ
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Karateçimiz Avropa Universitet Oyunlarında qızıl medal qazandı
İdman 11:46 / 19.07.2024

Azərbaycan karateçisi Fərid Savadov Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunlarında qızıl medal qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı qitə miqyaslı yarışın finalında macarıstanlı Andras Laslonu məğlub edib.

Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan ibarət komanda isə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət kollektiv Azərbaycanın aktivinə bürünc medallar yazdırıb.


16222 oxunub

InvestAZ