XƏBƏR LENTİ
14 Fevral 2025
13 Fevral 2025
12 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025



Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin təqvimi müəyyənləşdi
İdman 13:19 / 17.07.2024

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların qrupları və oyun təqvimləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.

A qrupunda "Baku Fleyms”, Avstraliya, Niderland, Çin U-24, B qrupunda isə Çexiya Filippin, İran və "Düsseldorf Zoos” (Almaniya) komandaları yer alacaqlar.

Quba mərhələsinin açılış oyunu iyulun 20-də "Baku Fleyms” və Niderland yığması arasında baş tutacaq. Qarşılaşma saat 16:30–da start götürəcək.

Qeyd edək ki, Dünya Seriyasının "Quba” mərhələsinə iyulun 21-də yekun vurulacaq.


7953 oxunub

InvestAZ