XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Fərhad Rəcəbli 10-cu dəfə Avropa çempionu oldu
İdman 00:27 / 07.06.2024
İyunun 6-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçuar arasında Avropa çempionatına start verilib. 35 ölkədən 750 (626 kişi, 124 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.
İlk yarış günü veteranlarımız üçün bir qızıl və iki bürünc medalla yadda qalıb. Qızıl medalı komandamıza M8 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatmiyə çıxan Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb. Bu qələbə Sarayevoda öz qalib imicinə sadiq qalan veteran cüdoçumuzun 10-cu Avropa çempionluğu kimi yadda qalıb. Fərhad Rəcəbli həmçinin usta cüdoçular arasında dünya çempionatının 11 qat qalibidir.
Komandamıza bürünc medalları isə Vahid Azərpur (M8, -66 kq) və Nazim Əliyev (M7, -90 kq) qazandırıb.
Yığmamızın digər üzvü Qabil Qasımov (M6, +100 kq) isə beşinci yerlə kifayətlənib.
İyunun 9-dək davam edəcək turnirdə Azərbaycanın "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.

20272 oxunub

InvestAZ