SON XƏBƏRLƏR
-
Bugün, 16:38
İdmanU-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının III turu keçiriləcək
-
Bugün, 16:25
İdman“Şəhərsalmada İdman Akademiyası” çərçivəsində idman qurğularının rolu
-
Bugün, 15:46
İdmanİki sərbəst güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb
-
Bugün, 15:25
İdmanÇingiz Hüseynzadə: “İdmanın gözəlliyi onun ədalətindədir”
-
Bugün, 15:16
İdmanAMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
-
Bugün, 14:28
İdmanAzərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb
-
Bugün, 13:33
Gündəm“Olimpiya dünyası” qəzeti “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” mükafatlandırıldı
-
Bugün, 13:12
GündəmƏdalətli oyun sahəsində fərqlənənlər MOK-da mükafatlandırıldı
-
Bugün, 13:06
İdman"Sabah" basketbol klubu Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb
-
Bugün, 10:22
İdmanStolüstü tennisçilərimiz Özbəkistanda növbəti beynəlxalq yarışda iştirak edirlər
-
18.05.2026, 20:35
İdman“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb
-
18.05.2026, 19:22
İdman“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı
-
18.05.2026, 18:43
İdmanAstana sınağı üç medalla yadda qaldı
-
18.05.2026, 18:33
İdmanRegion Liqasının qalibi müəyyənləşdi
-
18.05.2026, 18:19
İdmanAFFA beynəlxalq forumda interaktiv futbol zonası qurdu
-
18.05.2026, 17:43
İdmanMirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
-
18.05.2026, 16:55
İdmanTürkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb
-
18.05.2026, 16:29
İdmanFərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
-
18.05.2026, 16:05
İdmanWUF13 ərəfəsində qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmalarına həsr olunmuş beynəlxalq konfrans
-
18.05.2026, 11:58
MOKMOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
-
18.05.2026, 10:53
İdmanFIG-dən Rusiya və Belarus idmançılarına yaşıl işıq
-
18.05.2026, 10:34
İdmanCüdoçularımız Rusiyadan 2 medalla qayıdıblar
-
18.05.2026, 10:15
İdmanPəhləvanlarımız Samokov sınağını 15 medalla başa vurdular
-
18.05.2026, 09:32
MOKYeniyetmə cüdoçular Liqa yarışında bir araya gələcəklər
-
18.05.2026, 00:36
İdmanAvropa çempionatında bürünc medal
-
18.05.2026, 00:14
GündəmSərbəst güləş millimiz Avropa ikincisi oldu
-
17.05.2026, 22:25
GündəmCüdo millimiz Avropa Kubokunda birinci oldu
-
17.05.2026, 10:08
İdmanBeynəlxalq yarışdan üç medal
-
17.05.2026, 00:58
İdman"AGF Trophy" beynəlxalq turnirində uğurlu nəticə
-
16.05.2026, 15:28
İdman"Neftçi" ikinci oyunda da məğlub olub
-
16.05.2026, 13:11
İdmanMillimizin təlim-məşq toplanışı başa çatıb
-
16.05.2026, 12:49
İdman"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
15.05.2026, 22:39
İdmanGüləşçimiz Avropa çempionatında bürünc medal qazandı
-
15.05.2026, 22:01
İdmanVitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
İdman
Bugün, 15:16
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində AMADA nümayəndələri Qarabağ Universitetində olublar. Universitetin rektoru, Agentliyin Müşahidə Şurasının üzvü Şahin Bayramov ilə keçirilən görüşdə ali təhsil ocağının fəaliyyəti, qısa müddətdə əldə olunan nailiyyətlər, azad edilmiş ərazilərdə müasir və beynəlxalq standartlara cavab verən universitetin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı gənclər arasında sağlam həyat tərzinin təşviqi, təmiz idman prinsiplərinin aşılanması və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.
Daha sonra universitetin Hüquqşünaslıq və Tibb fakültələrinin tələbələri ilə görüş keçirilib. Tələbələrə 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, antidopinq qaydaları və idmanda etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində AMADA əməkdaşları Qarabağ Universitetinin Klinikası, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar. Universitetdə yaradılan müasir tədris və tibbi infrastruktur, tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlər barədə nümayəndələrə ətraflı məlumat təqdim edilib.
Növbəti görüş Şuşa şəhər 1 saylı tam orta məktəbdə təşkil olunub. Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək şagirdlərin sağlam və düzgün dəyərlər əsasında formalaşmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə görə AMADA rəhbərliyinə təşəkkürünü bildirib. Görüş zamanı şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və idman karyerasına vurduğu zərərlər barədə məlumat verilib, sağlam və məsuliyyətli həyat tərzinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə səfərin əhəmiyyətini yüksək qiymətləndirərək azad olunmuş ərazilərdə belə maarifləndirici görüşlərin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, düzgün dəyərlərin formalaşdırılması və təmiz idman prinsiplərinin təbliği baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Qarabağda yenidən formalaşan təhsil və sosial mühit gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Təhminə Tağı-zadə universitet və məktəblərdə təşkil olunan görüşlərin gənclərin məlumatlılığının artırılmasına, onların zərərli vərdişlərdən uzaq durmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə töhfə verdiyini vurğulayıb. O, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini və regionlarda maarifləndirmə fəaliyyətinin genişləndiriləcəyini diqqətə çatdırıb.