SON XƏBƏRLƏR
-
11.06.2026, 22:59
GündəmDünya çempionatının açılış mərasimi keçirilib
-
11.06.2026, 10:00
GündəmSevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
-
09.06.2026, 17:38
GündəmAzərbaycan boks tarixində ilk
-
09.06.2026, 12:50
MOKMOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
-
09.06.2026, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
09.06.2026, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
-
08.06.2026, 10:12
İdmanBakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
-
08.06.2026, 01:59
İdmanMonako Qran-prisinin qalibi müəyyənləşdi
-
08.06.2026, 01:21
İdmanDünya Kubokunda dördüncü yer
-
08.06.2026, 00:58
İdmanAzərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
-
07.06.2026, 23:30
İdmanOlimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı
-
07.06.2026, 23:25
İdmanParataekvondoçularımız "Prezident Kuboku"nda üç medal qazanıblar
-
07.06.2026, 21:54
İdmanSOCAR minifutbol komandası III Dünya Korporativ Oyunlarının qalibi olub
-
07.06.2026, 21:36
İdmanDünya çempionatının növbəti oyunları keçirilib
-
07.06.2026, 20:47
İdmanTallin sınağı üç medalla yadda qaldı
-
07.06.2026, 19:55
İdmanVoleybol yığmamız İsveçə də məğlub oldu
-
07.06.2026, 16:41
İdmanXatirə turnirinin qalibləri mükafatlandırılıb
-
07.06.2026, 16:25
FotoSu İdman Növləri Federasiyası “Classics & Supercars” avtomobil festivalında iştirak edib
-
07.06.2026, 13:19
İdmanMillimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
-
07.06.2026, 11:05
İdman3x3 basketbol millimizbDünya Kubokunda yarımfinal oyununa çıxır
"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
İdman
16.05.2026, 12:49
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkədə güclü idman ənənələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idman infrastrukturunun genişləndirilməsi, gənclərin idmana cəlbi və beynəlxalq arenada əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Məcid Seyidov ulu öndərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, turnirin dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmanda kütləviliyin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb, komandalara uğurlar arzulayıb.
Naxçıvan Futbol Federasiyasının (NFF) baş katibi Raqif Abbasov isə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına və futboluna göstərdiyi xüsusi diqqətdən danışıb. Bildirilib ki, ölkədə idmanın inkişafı istiqamətində əsası qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Yarışın həm idman əlaqələrinin gücləndirilməsi, həm də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından önəmli olduğu vurğulanıb, komandalara uğurlar arzulanıb.
Yarışın ilk matçında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan Televiziya və Radio Verilişləri QSC-ni təmsil edən komandalar meydanda olub. Görüş teleradio təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası (AFFA) və NFF tərəfindən birgə təşkil olunan və 20 komandanın iştirak etdiyi ənənəvi yarış mayın 27-də yekunlaşacaq. Turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.
Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.