XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Tatami ustalarımızın Budapeşt sınağı sabah başlayır
İdman 13:04 / 07.07.2022

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti "Böyük dəbilqə” turniri Macarıstanın paytaxtı Budapeştə keçiriləcək.

İyulun 8-10-da Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük dəbilqə” turniri iştirak edəcək. Yarışda dünyanın 63 ölkəsindən 434 idmançı iştirak edəcək.

Turnirdə performans direktoru Mark van der Ham, baş məşqçi Riçard Trautman, məşqçilər Zaur Babayev və Mehman Əzizovun rəhbərliyi altında Azərbaycan milli yığmasının 11 üzvü iştirak edəcək. Belə ki, yarışda Əhməd Yusifov, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.


31253 oxunub

InvestAZ