XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Qrossmeysterimiz Veyk-an Zee turnirində yarışacaq
İdman 11:49 / 14.01.2022
Yanvarın 15-də şahmat üzrə ənənəvi Veyk-an Zee turnirinə start veriləcək.
Niderlandda keçiriləcək yarış sayca 84-cü olacaq. 14 qrossmeysterin mübarizə aparacağı mötəbər yarışda ölkəmiz Şəhriyar Məmmədyarovla təmsil olunacaq. Dairəvi sistem üzrə keçiriləcək turnirdə şahmatçımızla yanaşı, Maqnus Karlsen (Norveç) Fabiano Karuana, Sem Şenklend (hər ikisi ABŞ) Sergey Karyakin, Daniil Dubov, Andrey Yesipenko (hamısı Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Rixard Rapport (Macarıstan), Yan-Kşiştof Duda (Polşa) Vidit Santos, Pragnanandxa (hər ikisi Hindistan) və Nils Qrandelius (İsveç) də qalib adı uğrunda mübarizə aparacaq.
Turnirə yanvarın 30-da yekun vurulacaq.

38131 oxunub

InvestAZ