XƏBƏR LENTİ
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Mariya Şarapova nişanlısı ilə “Böyük dəbilqə”də
İdman 14:23 / 14.09.2021
"Böyük dəbilqə” turnirinin beşqat qalibi, dünyanın ən yaxşı keçmiş tennisçisi, rusiyalı idmançı Mariya Şarapova nişanlısı Aleksandr Qilks ilə fotosunu paylaşıb.
Foto cütlüyün ABŞ açıq çempionatının final qarşılaşmasını izləyərkən çəkilib. Mariya paylaşdığı fotoya "ona "bu gün tennisə gedək” deyəndə qulağlarına inana bilmədi”,- deyə şərh yazıb.
Qeyd edək ki, Mariya Şarapovanın britaniyalı iş adamı və "Ruddle 8 onlayn” hərrac evinin təsisçisi ilə nişanlanması 2020-ci ilin dekabr ayında məlum olub. Tennisçi peşəkar karyerasını bitirməsini isə 2020-ci ilin fevral ayında elan edib.

29857 oxunub

InvestAZ