XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024



Cüdoçularımız Tbilisi Qran-Prisində iştirak edirlər
İdman 14:14 / 29.03.2019


Bu gün Tbilisidə qadın və kişi cüdoçular arasında Qran-Pri turniri start götürüb.
Kişilərin yarışında ölkəmizi Tofiq Məmmədov, Balabəy Ağayev (60 kq), İlkin Babazadə, İsmayıl Əliyev (66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (81 kq), Əbdülhaqq Rəsullu, Aliumar Tumayev (90 kq) təmsil edirlər.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinkorloo Munxtsedev (57 kq), Rikiye Fatma Ozerdem (70 kq) güclərini sınayacaqlar.
Yarışların birinci günündə səkkiz cüdoçumuz mübarizəyə qoşulub. Balabəy Ağayev gürcüstanlı Temur Nozadze, Tofiq Məmmədov rusiyalı İvan Dolqix, İlkin Babazadə kubalı Osnielyu Solis, İsmayıl İbrahimov braziliyalı Çarlz Çiban ilə gücünü sınayacaq. Qadınların yarışlarında Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva və İçinkorloo Munxtsedev mübarizəni dayandırıblar.



37941 oxunub

InvestAZ