XƏBƏR LENTİ
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021



Bu gün AVRO-2020-də ikinci mərhələnin üç oyunu keçiriləcək
İdman 12:01 / 16.06.2021

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Günün ilk matçı B qrupunda baş tutacaq. İlk turda Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Oyunun baş hakimi niderlandlı referi Denni Makkeli olacaq. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncu pillədə qərarlaşıblar.
Günün digər iki oyunu A qrupunda təşkil olunacaq. Əvvəlcə Türkiyə millisi meydana çıxacaq. Qardaş ölkə təmsilçisi Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq.
Qeyd edək ki, "ay-ulduzlular” ilk oyununda Romada İtaliya yığmasına məğlub olmuşdu -0:3. Şenol Güneşin baş məşqçisi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Uels millisi isə ilk turda Bakı Olimpiya Stadionunda İsveçrə ilə heç-heçə edib - 1:1. Aktivində 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

2427 oxunub

InvestAZ