XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Velosipedçimiz WCC komandası ilə müqavilə imzaladı
İdman 17:20 / 30.03.2021
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında əldə olunan razılığa əsasən, İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə yollanan şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü, idman ustası Ayan Xankişiyeva ilin sonunadək Mərkəzin velosiped komandasının heyətində çıxış edəcək.
AzVİF-dən verilən məlumata görə, müvafiq yoxlamalardan uğurla keçən idmançımızla artıq peşəkar müqavilə də imzalanıb.
Martın 8-dən İsveçrədə olan velosipedçimiz burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq.
A.Xankişiyevanın dünya və Avropa çempionatlarından başqa, bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.
UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

31905 oxunub

InvestAZ