XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024
05 May 2024



Gözlənilən döyüşün gözlənilməz nəticəsi
İdman 13:17 / 29.11.2020
Los-Ancelesdə iki boks əfsanəsi arasında gözlənilən döyüş nəhayət ki, keçirilib. Mayk Tayson və Roy Cons arasında qarşılaşma hər biri iki dəqiqədən ibarət olmaqla 8 raund davam edib. Maraqla gözlənilən döyüş heç-heçə ilə başa çatıb. Rinqdə hakim hesabı elan etməyib. Həmçinin də döyüşün nəticəsi açıqlmanmayıb.

Qeyd edək ki, döyüş xüsusi qaydalara uyğun keçirilib. Döyüşçülərin əlcəkləri isə adi əlcəklərdən daha böyük -12 unsiya ağırlığında olub. Boksçular qoruyucu dəbilqələr olmadan mübarizə aparıblar. Lakin bir müddət əvvəl idmançıların rinqə qoruyucularla çıxacaqları bildirilmişdi. Döyüşdə heç bir rəsmi hakim olmayıb. Döyüşçülərdən birinin vəziyyəti ağır oludğu halda mübarizə dayandırılması nəzərdə tutulurdu. Bu döyüşdə hər ikisi boksçu ödənişli yayımların və reklamların satışından 1 milyon dollar gəlir əldə edəcək.

Qeyd edək ki, Tayson 2005-ci, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.

17732 oxunub

InvestAZ