XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Maradonanın adı Neapol stadionuna verilə bilər
İdman 17:13 / 26.11.2020

İtaliyanın Neapol şəhərindəki stadionun adı dəyişdirilə bilər. Şəhər şurasının üzvü Karmine Sqambati arenaya dünən vəfat edən əfsanəvi Dieqo Maradonanın adının verilməsi təşəbbüsü ilə çıxış edib. O, məsələ ilə bağlı Neapolun İdman Komissiyasının və Qurumun sədri Çiro Boryello ilə müzakirə aparacaq. "Napoli”nin prezidenti Aurelio de Laurentis Avropa Liqasının sabahkı oyununda Maradonanın portretinin stadionda yer almasını istəyib. O, arenanın adının dəyişdirilməsinə də müsbət yanaşdığını bildirib.

60 yaşında dünyasını dəyişən Maradona 1984-91-ci illərdə "Napoli”də oynayıb və iki dəfə çempionluq qazanıb. 2000-ci ildə onun geyindiyi 10 nömrəli forma istifadədən çıxarılıb.


30314 oxunub

InvestAZ