XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Ronaldo- Messi-Totti: 39 topluq fərq
İdman 16:00 / 29.07.2020

XXI əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Cədvələ İtaliya "Yuventus”unun portuqaliyalı ulduzu Kriştiano Ronaldo başçılıq edir.

Onun hesabında penaltidən vurulan 114 qol var. Ronaldo ən yaxın izləyicilərini 39 top qabaqlayır.
Argentinalı Lionel Messi və italiyalı Françesko Totti hərəyə 75 penaltini dəqiq yerinə yetirib. İsveçli Zlatan İbrahimoviçdə bu rəqəm 64-ə bərabərdir.
İlk "onluq”da Frenk Lempard (50), Edinson Kavani (48), Stiven Cerrard (46), Alessandro Del Pyero, Ronaldinyo (hər ikisi 44) və Serxio Aquero (41) da yer alıb.


26680 oxunub

InvestAZ