XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025



Millimiz Madriddə iki medal qazandı
İdman 10:41 / 02.12.2019

Azərbaycan karateçiləri Madriddə keçirilən "Karate 1” Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar.
Dünya Karate Federasiyasının (WKF) mötəbər liqasında İrina Zaretska (68 kiloqram) qızıl, Pənah Abdullayev (84 kiloqram) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşü uğursuz alınıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib. İspaniyada keçirilən yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərində hakimlik edən referilər arasında yer alıblar.
"Karate 1” Premyer Liqasının Madrid mərhələsində, həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners” mükafatlarına layiq görülüblər. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners” mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (75 kiloqram) və İrina Zaretska (68 kiloqram) da var. Mükafatın təqdimatı isə 2020-ci il yanvarın 24-26-da Parisdə keçiriləcək növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.

32552 oxunub

InvestAZ