XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Rusiya yığmasının Avro-2020 təhlükəsi
İdman 13:49 / 26.11.2019


Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər. Bu barədə Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus yerli KİV-lərə məlumat verib. O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: "Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik. İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların - WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik". Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiyanın uyğunluq məsələsindəki problemlər səbəbindən 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmasını tövsiyə etdiyi iddia olunur.



30563 oxunub

InvestAZ