XƏBƏR LENTİ
12 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
02 Dekabr 2019



“Neftçi”dən böyükhesablı qələbə
İdman 21:13 / 24.11.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Turun açılış görüşündə son çempion "Qarabağ” səfərdə "Sumqayıt” komandasını qəbul edib. Görüş gözlənilmədən sumqayıtlıların qələbəsi ilə başa çatıb - 2:1. Oyunda hesab 36-cı dəqiqədə Ağdam təmsilçisi Xayme Romeonun sayəsində açılsa da, fasilədən sonra 65-ci və 69-cu dəqiqələrdə Peyman Babayi ardıcıl iki qol vuraraq komandasına vacib üç xal qazandırıb.
XII turun ikinci oyununda "ASCO Arena”da "Səbail” klubu "Sabah”ı qəbul edib. Rauf Cabbarovun idarə etdiyi görüşdə qonaqlar son dəqiqələrdə vurduqları qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıblar. Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. Matçın 76-cı dəqiqəsində Məqsəd İsayevin avtoqolu sayəsində "Səbail” hesabda irəli çıxıb - 1:0. Oyunun 86-ci dəqiqəsində "Səbail”in müdafiəçisi Adil Nağıyev ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Meydandakı sayca üstünlükdən yararlanan "Sabah” klubu matçın 88-ci, 90-cı və 90+6-cı dəqiqələrində vurduğu qollar sayəsində matçı qələbə ilə başa vurub. "Sabah” komandasının heyətində Ulise Diallo dubl edib, digər qolu isə Hendrik Ekşteyn vurub.
Turun növbəti oyunu Zirə İdman Kompleksinin stadionunda keçirilib. "Zirə” komandası "Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 35-ci dəqiqəsində isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb. "Keşlə” təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.
Həftənin son oyununda "Neftçi” "Qəbələ”ni qəbul edib. "Bakcell Arena”da baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1. Hesabı 17-ci dəqiqədə Soni Mustivar açıb. Ömər Buludov 24-cü, Stiven Monroz isə 35-ci dəqiqədə fərqlənməklə "Neftçi”nin üstünlüyünü bir qədər də möhkəmləndiriblər.
Meydan sahibləri ikinci hissədə daha 2 qol vurublar. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Evangelos Platellas "Qəbələ”ni məyus edib. Bundan 3 dəqiqə sonra isə Donald Gerye avtoqola imza atıb.
Bu qələbədən sonra xalını 21-ə çatdıran "Neftçi” 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə aktivində 27 xalı olan "Qarabağ” klubu başçılıq edir. "Keşlə” isə 19 xalla üçüncü pillədə qərarlaşıb.

293 oxunub

InvestAZ