XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025



“Red Bull”dan ən sürətli pit-stop
İdman 11:17 / 23.11.2019

Avstriyanın "Red Bull” Formula 1 komandası dünya çempionatı tarixində ən sürətli pit-stop keçirib. Braziliya Qran-Prisi zamanı mexaniklər hollandiyalı pilot Maks Ferstappenin bolidinə cəmi 1,82 saniyə xidmət göstəriblər.
Əvvəlki rekord da "Red Bull”a mənsub olub və 2019-cu ildə Almaniya Qran-Prisi zamanı müəyyən olunub. Onda "Red Bull” komandası elə həmin Ferstappenin pit-stopuna 1,88 saniyə vaxt sərf edib. 2019-cu ildə Böyük Britaniya Qran-Prisi zamanı mexaniklər fransız Pyer Qaslinin avtomobilinin dörd təkərini 1,91 saniyə ərzində dəyişiblər.
2019-cu ilin Braziliya Qran-Prisinə gəldikdə isə pit-stopların heç biri iki saniyədən az çəkməyib. İkinci yeri tutan "Uilyams” Robert Kubitsaya 2,10 saniyə xidmət göstərib.

29574 oxunub

InvestAZ