XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024
05 May 2024



Taekvondoçularımızdan üç medal
İdman 14:01 / 13.11.2019

Koreyanın Muju şəhərində taekvondo üzrə "Koreya səfiri” kuboku yarışı keçirilib. Hər il Koreyanın müxtəlif ölkələrdəki səfirlikləri taekvondo üzrə yarışlar təşkil edir. Bu il keçirilən yarışların qalibləri arasında isə ilk dəfə dünya birinciliyi keçirilib.
Respublikamızda da artıq bir neçə ildir "Koreya səfiri” kuboku yarışları təşkil olunur. Builki turnirdən seçilən üç idmançımız ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (51 kq) və Yaşar Məmmədli (63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Riyad Şirəliyev (55 kq) isə dünya birinciliyinin bürünc medalına sahib olub.

19043 oxunub

InvestAZ