XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Ağırlıqqaldırma üzrə ölkə kuboku yarışları davam edir
İdman 17:31 / 10.11.2019

Ağırlıqqaldırma üzrə Azərbaycan kuboku yarışları davam edir. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında keçirilən yarışlarda körpücük üzərinə bu dəfə çəkisi 49 və 55 kiloqrama qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kiloqram (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kiloqram (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medala sahib çıxıblar.
Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

32369 oxunub

InvestAZ