XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Mövsümün son cıdır yarışı başa çatdı
İdman 10:12 / 04.11.2019
Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışı keçirilib. Yarışı birbaşa federasiya prezidenti Elçin Quliyev də izləyib. Mövsümün bağlanış mərasimində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunub. Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın at iştirak edir. "Qızıl Tac Kuboku” uğrunda cıdır yarışının yekununda ilk qaçışda 1600 metr məsafəyə birinci yerin qalibi "Batumi Ridinq Club”un sahibi olduğu "Frankel” ləqəbli at olub. Burada 2 yaş İngilis atları yarışıb. İkinci yarışda 3 yaş "Qarabağ” və Dilbaz atları mübarizə aparıb. Həmin qaçışda birinci yeri "Xan-Xan” AİK-in sahibi olduğu "Çalxanqala” ləqəbli at tutub. Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atlarının mübarizəsi ilə davam edib. Bu yarışda hamıdan güclü "Günay” AİK-in sahibi olduğu "Miss Dahes” ləqəbli at olub. Dördüncü qaçış 3 yaş İngilis atlarının 2000 metr məsafəyə yarışı ilə davam edib. Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda birinci yeri "Xan-Xan” AİK-in sahibi olduğu Naxçıvan ləqəbli at tutub. Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının "Əlvida Kuboku” uğrunda 2400 metr məsafəyə yarışında Ramiz İbrahimovun sahibi olduğu "Pəri” ləqəbli at qalib gəlib. Nəhayət cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atları arasında olub. Ramiz İbrahimovun sahibi olduğu "Kənanın Kralı” ləqəbli at bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bütün yarışların qaliblərinə ARAF-ın vitse-prezidenti Elşad Abbasov kuboklar və diplomlar verib.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 24 min 500 AZN təşkil edib.
Qeyd edək ki, ARAF tərəfindən ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün ardıcıl olaraq bu növ yarışlar təşkil olunur. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq belə tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.
İlk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə yarışa Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunub və onlara öz atları ilə iştirak etmək üçün imkan yaradılacaq.
Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondundan qaliblərə ümumilikdə 24 min 500 manat mükafat verilməsi nəzərdə tutulub.

18657 oxunub

InvestAZ