XƏBƏR LENTİ
19 Sentyabr 2025
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025



Prezident İlham Əliyev Faiq Həsənova təbrik məktubu ünvanlayıb
İdman 11:44 / 14.04.2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovu 85 illik yubileyi münasibətilə təbrik edib.

"Olimpiyadunyasi.com"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Faiq müəllim!

Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FİDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram".

12169 oxunub

InvestAZ