XƏBƏR LENTİ
20 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Cüdoçularımız beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar
İdman 10:02 / 26.01.2025

Yanvarın 25-26-da Belçikanın Vise şəhərində beynəlxalq Belçika açıq cüdo turniri keçirilib. Azərbaycan komandası yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Murad Muradlı (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadir Hüseynov (-73 kq) və İmran Yusifov (+100 kq) gümüş medala sahib çıxıb. -73 kq çəki dərəcəsində mübarizə aparan komandamızın digər üzvü İbrahim Əliyev isə bürünc medala yiyələnib.


12530 oxunub

InvestAZ