XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Məşqçi-müəllimlər üçün təşkil edilən kurs başa çatdı
İdman 15:20 / 21.01.2025

Azərbaycan Voleybol Federasiyasının Gəncə şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kursa yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan və beş gün davam edən AVF-nin "1-ci dərəcə” məşqçi kursunda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edib. Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 8 mütəxəssisə AVF-nin "1-ci dərəcə” sertifikatı təqdim olunub.

Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda "1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. "1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.


7368 oxunub

InvestAZ