XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib
İdman 09:34 / 06.12.2024

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Mayamidə (ABŞ) keçirilən püşkatmadan sonra 32 komanda 8 qrupda yer alıb.

A qrupu: "Palmeyras" (Braziliya), "Portu" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ)

B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ)

C qrupu: "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Boka Xuniors" (Argentina), "Oklend Siti" (Yeni Zelandiya)

D qrupu: "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə), "Leon" (Meksika), "Esperans" (Tunis)

E qrupu: "River Pleyt" (Argentina), "Monterrey" (Meksika), "İnter" (İtaliya), "Urava Red Daymonds" (Yaponiya)

F qrupu: "Fluminense" (Braziliya), "Borussiya" (Dortmund, Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (CAR)

G qrupu: "Mançester Siti" (İngiltərə), "Yuventus", "Vidad" (Mərakeş), "Əl-Əyn" (BƏƏ)

H qrupu: "Real" (İspaniya), "Zaltsburq" (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika).

Qeyd edək ki, turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.


8179 oxunub

InvestAZ