XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
İdman 15:49 / 04.12.2024

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

Ənənəvi "Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək "Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.


15164 oxunub

InvestAZ