XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025



“Sabah” Avropa Kubokunda növbəti oyununu keçirib 
İdman 00:32 / 31.10.2024

"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

G qrupunda mübarizə aparan Bakı təmsilçisi doğma meydanda Belçikanın "Spiru" klubunu qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş rəqibin 78:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ilk matçda da belçikalılar 82:81 hesabı ilə qələbə qazanmışdılar.

Qeyd edək ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda daha əvvəl, həmçinin doğma meydanda "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq Dolfins"ə (İsveç) isə 70:74 hesabı ilə məğlub olub.


13885 oxunub

InvestAZ