XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Bu gün daha 3 paralimpiyaçımız Paris-2024-də mübarizə aparacaq
İdman 10:47 / 30.08.2024

Bu gün Azərbaycanın daha 3 paralimpiyaçısı Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Əvvəlcə paraatıcı Kamran Zeynalov (P1 kateqoriyası) 10 metr məsafəyə atəşaçma yarışında çıxış edəcək.

Daha sonra parataekvondoçu İmaməddin Xəlilov (K44 kateqoriyası) dayanq üzərinə çıxacaq. 70 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayacaq.

Son olaraq isə paraatlet Oloxan Musayev (F55 kateqoriyası) nüvə itələmə növündə məharətini göstərəcək.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kq) bürünc medal qazanıb.


17436 oxunub

InvestAZ