XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
İdman 10:36 / 19.04.2024
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə yer alıb. 
Azərbaycan Stolüstü Tennis Fedreasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz Lüksemburqda keçirilən "WTT Youth Contender” turnirində bürünc medal qazanıb. İlk mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançımız qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb. 
Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

18429 oxunub

InvestAZ