XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024



Atletika üzrə Azərbaycan birinciliyi təşkil olunacaq
İdman 17:46 / 13.06.2019

İyunun 14-15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə qızlar və oğlanlar iştirak edəcəklər.
Çempionatda 80-dək atlet birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə məharətlərini göstərəcəklər. Bundan başqa, idmançılar uzunluğa, hündürlüyə, üçtəkanlı tullanma, nüvəitələmə, nizəatma və lövhəatma yarışlarında da mübarizə aparacaqlar.


20779 oxunub

InvestAZ