XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Ölkə kubokunda növbəti yarımfinalşı müəyyənləşdi
İdman 20:20 / 09.02.2024

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. "Qəbələ” doğma meydanda "Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 39-cu dəqiqədə Osama Xalayla və 42-ci dəqiqədə Urfan Abbasov vurublar.

İlk görüşdə 1:1 hesablı heç-heçə edən Elmar Baxşıyevin komandası yarımfinala vəsiqə qazanıb. "Qırmızı-qaralar”ın bu mərhələdəki rəqibi "Zirə” olacaq.

1/4 final mərhələsinin son oyunu "Neftçi” və "Sumqayıt” komandaları arasında olacaq. "Neftçi Arena”dakı görüş saat 19:00-da başlayacaq. İlk matçda "ağ-qaralar” rəqibini 3:2 hesabı ilə məğlub edib. Bu cütün qalibi yarımfinalda "Qarabağ”la üz-üzə gələcək.


14070 oxunub

InvestAZ