XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
İdman 10:44 / 21.09.2023

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam edir. Bu gün çempionatda yunan-Roma güləşi üzrə yarışlara start veriləcək. İlk olaraq 4 güləşçimiz xalça üzərinə çıxacaq. Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) mübarizəyə 1/8 finaldan bşlayacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq.

Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.

Çəkisi 82 kq olan idmançıların mübarizəsinə isə Rafiq Hüseynov qvvəsini sınayacaq.Yarışa 1/8 finaldan başlayacaq idmançımızın ilk rəqibiErik Şilvassi (Macarıstan)və Bojo Starçeviç (Xorvatiya)cütünün qalibi olacaq.

Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatınasentyabrın 24-dəyekun vurulacaq.



20242 oxunub

InvestAZ