XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Tokio-2020: Cüdoçumuz medalın bir addımlığında
İdman 08:55 / 30.07.2021

Tokio-2020-də cüdo yarışları sona yaxınlaşır. Fərdi yarışların son günündə daha iki cüdoçumuz tatami üzərinə çıxıb. Ağır çəkili cüdoçuların mübarizəsində kişilər arasında Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayıb. Yarışa 1/16 finaldan başlayan legioner idmançımız ilk görüşdə Polşa təmsilçisi Matsey Sarnaçki ilə qarşılaşıb. Rəqibinə ipponla məğlub edən U.Kokauri 1/8 finala vəsiqə qazanıb. Lakin idmançımız bu mərhələdə braziliyalı Rafael Silva ilə görüşdə uğurunu təkrarlaya bilməyib. Cüdoçumuz qızıl xal bölümündə rəqibinə məğlub olaraq Tokio-2020-də mübarizəni dayandırıb.

Cüdo yarışlarının son günündə daha bir ağır çəkili legioner cüdoçumuz mübarizəyə başlayıb. +78 kq çəki dərəcəsində gücünü sınayan İrina Kindzerska 1/8 finalda Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn xanım cüdoçumuz adını növbəti mərhələyə yazdırıb. Yarımfinala vəsiqə uğrunda görüşdə cüdoçumuz Cənubi Koreya təmsilçisi Min-Cin Hanla qarşılaşıb. Bu görüşü də təmiz qələbə ilə başa vuran İrina yarımfinala vəsiqəni təmin edib. İndi cüdoçumuzu medaldan cəmi bir qələbə ayırır. Finala çıxış uğrunda görüşdə cüdoçumuz güclü Yaponiya təmsilçisi Akira Sone ilə münasibətlərinə aydınlıq gətirəcək.
29865 oxunub

InvestAZ