XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Rəqibin başına zərbə endirdi və cəzasız qaldı
İdman 18:09 / 21.06.2021
Hokkey üzrə Stenli Kubokunun yarımfinal mərhələsinin "Monreal Kanadiens” və "Veqas” komandaları arasında keçirilən oyunda qəribə epizod baş verib. Belə ki, ikinci dövrənin sonunda "cəngavərlərin” müdafiəçisi Breyden Maknebb "Monreal Kanadiens”in oyunçusu Nika Suzukiyə əli ilə başından zərbə endirib. Hadisə oyunun hakimi Kris Linin gözləri qarşısında baş versə də, ədalət təmsilçisi hokkeyçiyə cərimə təyin etməyib.
Qeyd edək ki, yaşanan hadisə azarkeşlər arasında mənfi emosiyalar yaradıb. Onların bəziləri: "bu hakim daha heç bir oyuna çıxmamalıdır”, "o, baş verənləri görməzdən gəlmək üçün üzünü çox gec çevirdi”, "belə hadisələr Milli Hokkey Liqası üçün qəbuledilməzdir”, - deyə şərhlər bildiriblər.

31767 oxunub

InvestAZ